Ana Sayfa > Karusel / Cəmiyyət > Cəlilabadda ağır qəza: ölən var

Cəlilabadda ağır qəza: ölən var


29-06-2022, 15:35. Yazar: Admin

Cəlilabadda ağır yol qəzası baş verib.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyunday Santafe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 


Geri dön