Ana Sayfa > Karusel / Qarabağ > Laçında qanunsuz yaşayan erməni: “Bizə qarşı pis bir şeyin gözlənildiyini düşünmürəm”
Laçında qanunsuz yaşayan erməni: “Bizə qarşı pis bir şeyin gözlənildiyini düşünmürəm”29-06-2022, 15:04. Yazar: Admin |
“Laçında qaz kəmərləri sökülür”.
Qarabaginfo.az xəbər verir ki, bunu Laçın şəhərində qanunsuz yaşayan ermənilərin “rəhbəri” Narek Aleksanyan deyib.
Onun sözlərinə görə, noyabrın 9-dan bəri Laçın şəhərində qaz yoxdur. “Noyabrın 9-dan Laçında qazımız yoxdur, hazırda Laçında qaz boruları sökülür. Bizdə olan məlumata görə, bu borular qazlaşdırma işləri üçün Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə aparılacaq”, - deyə Aleksanyan qeyd edib. Azərbaycanın inşa etdiyi yeni yolun tikintisi və Laçın dəhlizinin azərbaycanlılara verilməsinə toxunan Aleksanyan bildirib: “Bu söhbətlər daxildən daha çox xaricdə yayılır. Yol indi intensiv şəkildə çəkilir, istismara verildikdən sonra nə olacaq, hansı məqsədlə istifadə olunacaq, deyə bilmərəm, bu məlumatlar söz-söhbətlər səviyyəsindədir, hər halda Laçın və Zabuxda insanlar sakit yaşamağa davam edirlər. Bizə qarşı pis bir şeyin gözlənildiyini düşünmürəm”. Geri dön |