Ana Sayfa > Karusel / Gündəm > İsveç-Türkiyə anlaşması kürd deputatı hiddətləndirdi
İsveç-Türkiyə anlaşması kürd deputatı hiddətləndirdi29-06-2022, 14:43. Yazar: Admin |
İsveçin NATO-ya üzvlüyü məsələsində Türkiyə ilə anlaşması İsveç parlamentinin partiyasız (müstəqil) üzvü, kürd əslli, PKK sevdalısı olduğu iddia edilən Əminə Kakabavahı özündən çıxarıb. “Xatırladım ki, hazırkı hakimiyyət məhz onun səsi hesabına parlamentdə lazım olan 1 səs üstünlüyü ilə çoxluğu qazana bilib. Səsini geri çəkəcəyi halda ölkədə hakimiyyət böhranı yaşana bilərmi? Fikrimcə, Maqdalena Andersonun hakimiyyəti payızda keçiriləcək seçkilərə qədər Kakabavahın təhdidlərinə tab gətirə biləcək. Onu da deyim ki, Kakabavah tək deyil, bu anlaşma həm də Putin Rusiyası üçün qara gündür. Artıq NATO onun şimal sərhədlərini - lap Sankt-Peterburqacan- və Baltik dənizini tam nəzarətə götürmüş olur”, - V.Qazi bildirib. Geri dön |