Ana Sayfa > Karusel / Dünya > XİN: Rusiya sanksiyalar səbəbindən taxılını ixrac edə bilmir
XİN: Rusiya sanksiyalar səbəbindən taxılını ixrac edə bilmir29-06-2022, 12:18. Yazar: Admin |
Moskva Novorossiysk limanı vasitəsilə on milyonlarla ton taxıl ixrac etməyə hazırdır, lakin bunun üçün Qərbin sanksiyaları ləğv etməsi lazımdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk RİA-ya müsahibəsində bildirib. "Biz on milyonlarla ton Rusiya taxılını da ixrac etməyə hazırıq. Lakin onun Novorossiyskdən ixracı üçün obyektiv olaraq sanksiyaların ləğvi tələb olunur", - deyə rusiyalı diplomat vurğulayıb. Polişukun sözlərinə görə, söhbət xarici gəmilərin Rusiya limanlarına girişinə qadağa, Rusiya gəmilərinin xarici limanlara daxil olması və texniki xidmət göstərilməsi, gəmiçilik sığortasının bərpası və bank köçürmələrinin maneəsiz həyata keçirilməsindən gedir. Geri dön |