Ana Sayfa > Karusel / Dünya > Zelenski Putindən danışdı: “O, həqiqətən xəstədir”

Zelenski Putindən danışdı: “O, həqiqətən xəstədir”


29-06-2022, 12:16. Yazar: Admin
"Rusiya prezidenti Vladimir Putin həqiqətən xəstədir. Lakin onun xəstəliyi bildiyimiz xəstəliklər bir qədər daha mürəkkəbdir".


Modern.az xəbər verir ki, bunu Amerikanın NBC telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.


Onun sözlərinə görə, Putinin xəstəliyi ukraynalılara münasibətlə bağlıdır.
 

"Vladimir Putinlə bağlı əslində nə baş verdiyini bilmirəm. Amma düşünürəm ki, onun ciddi xəstəliyi var, bu da sizin bildiyiniz  xəstəliklərdən daha mürəkkəbdir. O, Ukrayna xalqına hörmətsizlik etmək, torpaqlarımızda vəhşilik törətmək, inlaramızı əsir götürmək, işgəncələr vermək xəstəliyinə yoluxub”, - prezident deyib.
 

Zelenski vurğulayıb ki, Rusiyada təkcə Putin xəstə deyil.
 

"Təəssüf ki, bu, bir nəfərin məsələsi deyil. Rusiya prezidentinin ətrafındakı bir çox insanlar da Ukraynaya münasibətdə xəstədirlər: şişirdilmiş ambisiyalar, beynəlxalq hüquqa, insanların həyatına hörmətsizlik... Onlar üçün bu heç nə deyil. Bizim üçünsə bu dövlətimiz üçün təhlükəli xəstəlikdir”, - deyə o bildirib.


Qeyd edək ki, müxtəlif ölkələrin bir sıra ekspertləri və mediası Vladimir Putinin xəstə olduğunu iddia edir. Xüsusən də Rusiya prezidentinə müxtəlif növ xərçəng növləri, həmçinin şizofreniya, demans və Parkinson xəstəliyi aid edilib. Mayın sonunda Rusiya rəhbərinin əməliyyat olunduğu barədə məlumat da yayılıb.


İyunun əvvəlində Rusiya prezidentinin keçmiş dostu və keçmiş bankir Sergey Puqaçov Putinin xərçəng xəstəsi olduğunu söyləyib.


Geri dön