Ana Sayfa > Karusel / Cəmiyyət > Küləkli hava iyunun sonuna qədər davam edəcək
Küləkli hava iyunun sonuna qədər davam edəcək28-06-2022, 17:08. Yazar: Admin |
Bakıda və Abşeron yarımadasında iyun ayının sonunadək şimal-qərb küləyi 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, iyun ayının sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur. Geri dön |