Ana Sayfa > Karusel / Hadisə > Cəlilabad və Biləsuvarda neçə nəfəri ilan sancıb?

Cəlilabad və Biləsuvarda neçə nəfəri ilan sancıb?


28-06-2022, 16:58. Yazar: Admin

 

Şəkillərdə: İkibaşlı ilan - BBC News Azərbaycanca

Son günlər Azərbaycanın bir sıra rayonlarında güclü istilər müşahidə olunur.

Ölkə üzrə hökm sürən isti hava şəraiti ilə bağlı artıq ilan sancma hadisələrinə də rast gəlinir.

"Report"un Muğan bürosu isti hava şəraitinin müşahidə olunduğu Cəlilabad və Biləsuvar rayonlarında ilansancma hadisələri ilə maraqlanıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından isə  Qarabaginfo.az-a verilən məlumata görə, yay fəsli daxil olandan bu günə qədər rayon ərazisində 3 nəfər ilan sancma ilə bağlı xəstəxanaya müraciət edib:

"Onlardan biri azyaşlı olub. Hər 3 xəstəyə xəstəxanada ilan zəhəri əleyhinə zərdab vurulub və digər zəruri tədbirlər görülüb. Ölən olmayıb".

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından “Report”un Muğan bürosuna verilən məlumata görə, yay fəsli başlayandan bu günə qədər ilan sancma ilə bağlı xəstəxanaya müraciət olunmayıb.


Geri dön