Ermənistanın baş naziri Nikol Paşinyan Bakını sərhədin delimitasiyası və kommunkasiyanın açılmasına qarşı çıxmaqda, həmçinin, “yeni müharibəyə hazırlaşmaqda” ittiham edib.
Bu ittihamla Rusiyaya “günahkar Bakıdır” mesajını verir:
- Moskva xüsusilə kommunikasiyanın açılmasına çalışır və bunun üçün öncə sərhədin delimitasiyası prosesində irəliləyiş lazımdır; İrəvan sərhədin SSRİ dağılanda mövcud olan xətlərə uyğun müəyyən edilməsini təklif edir və bununla “güzgü prinsipi”nə (ordunun mövcud mövqelərdən geri çəkilməsi) nail olmağa çalışır;
- Bakının istəyi delimitasiyanın SSRİ dövrünün xəritələrinə uyğun aparılmasıdır və istisna deyil ki, Lavrovun səfərində bu müzakirə edilib;
- Nikol məhz buna qarşı müəyyən həmlələrə əl atır, hərçənd, bunun “saman çöpündən yapışmaq” olduğu da ortadadır, xüsusilə Moskvanın bölgədə Ankara ilə birlikdə hərəkət etmək niyyəti fonunda;
Bu perspektiv fonunda Paşinyanın mesajının daxili ictimai rəyə hesablandığı ehtimalı daha böyükdür:
- “Azərbaycan müharibəyə hazırlaşır” iddiasını irəli sürən Nikol bildirir ki, İrəvan kommunikasiyanın açılmasında maraqlıdır, lakin bunu ləngidən Bakı Ermənistana qarşı 30 ildir aparılan blokada siyasətini davam etdirir; bununla ermənilərə “kommunikasiyanın 10 noyabr razılaşmasına uyğun amçılmaması yeni müharibəyə səbəb olacaq” mesajını verir;
- Bakının prioritet istəyi 10 noyabr razılaşmasına uyğun olaraq, Zəngəzurdan Naxçıvana maneəsiz çıxışın əldə edilməsidir və bu, hənmin yolun “dəhliz məntiqi” ilə açılmasını şərtləndirir; Lavrovun Ankaradan başlayaraq Bakıda bitən səfər turnesində müzakirə edilən məsələlərdən biri də bu idi və Rusiya xarici işlər nazirinin Bakıda “avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır” sözləri də prosesin bu yöndə olduğunu deməyə əsas verir;
- Bu vəziyyətdə Ermənistan hakimiyyəti cəmiyyətə “ya razılaşmalıyıq, ya da müharibə başlayacaq” deyir;
- Bu, Bakıya “yeni müharibə razılaşmaların icrasının önünü aça bilər” mesajının verilməsinə də hesablanıb.
Asif Nərimanlı