Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Vəkil Elçin Qəmbərov külli miqdarda dələduzluqda təqsirləndirilir
Ana Sayfa > Karusel / Kriminal > Vəkil Elçin Qəmbərov külli miqdarda dələduzluqda təqsirləndirilir

Vəkil Elçin Qəmbərov külli miqdarda dələduzluqda təqsirləndirilir


28-06-2022, 16:55. Yazar: Admin

Vəkil Elçin Qəmbərov külli miqdarda dələduzluqda təqsirləndirilir

Tanınmış vəkil Elçin Qəmbərovun həbsinin detalları məlum olub.

Qarabaginfo.az xəbər verir ki, uzun illər Mərkəz Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərov vəkillik fəaliyyəti zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.

178.4-cü maddə etibardan sui-istifadə və ya aldatma yolu ilə xüsusilə külli miqdarda yəni - 500.000 (beş yüz min) manatdan yuxarı məbləğdə vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə görə məsuliyyət nəzərdə tutur.

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətin İstintaq orqanının vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elçin Qəmbərov bir müddət Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub.


Geri dön