Ana Sayfa > Karusel / Dünya > Boris Conson rusiyalı alimləri Britaniyaya dəvət edib

Boris Conson rusiyalı alimləri Britaniyaya dəvət edib


28-06-2022, 09:49. Yazar: Admin

 

Boris Conson: “Britaniya Azərbaycanın sarsılmaz tərəfdaşıdır”

“Rusiyada Putinin (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur-red.) zorakılığını həyəcanla müşahidə edən, özünü təhlükəsiz şəraitdə hiss etməyən rusiyalı alim və araşdırmaçılar Böyük Britaniyaya köçmək üçün çəkinmədən müraciət edə bilərlər”.

Qarabaginfo.az BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.

“Siz Böyük Britaniyaya - aşkarlıq, azadlıq və biliklərə yiyələnməyi dəyərləndirən ölkəyə köçmək üçün müraciət edə bilərsiz”, - o vurğulayıb.

Məlumata görə, “Risk bölgəsində araşdırma” proqarmı çərçivəsində 130-a yaxın ukraynalı araşdırmaçı da Böyük Britaniyaya gedəcək. Proqrama ayrılan vəsait 10 milyon funt sterlinq artırılıb.

B.Conson Rusiya alimlərini ukraynalı həmkarları ilə birlikdə Britaniyada işləməyə dəvət edib.


Geri dön