Ana Sayfa > Karusel / Gündəm > Nazirlik: Kürdə daşqın gözlənilir

Nazirlik: Kürdə daşqın gözlənilir


27-06-2022, 23:10. Yazar: Admin

Nazirlik: Kürdə daşqın gözlənilir

"Kürün yuxarı axımında daşqın istisna olunmur"

Qarabaginfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisi bildirib ki, son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən bu proseslər Respublikanın şimal və qərb rayonlarıbda müşahidə edilir. Bu gün axşam saatlarında Gədəbəy rayonunda iri dənəli dolu qeydə alınıb.

Bu proseslər qonşu ölkələrdə də müşahidə edilir. Türkiyədə sel və daşqın hadisələri, Gürcüstanda ötən sutka ərzində düşən güclü yağıntı nəticəsində Kür Tiflis məntəqəsində Kürün səviyyəsi xeyli artıb.

Nəticədə bu gün səhər saat 8 ilə müqaisədə artıq Azərbaycan ərazisində Kür Qıraqkəsəmən məntəqəsində su səviyyəsi 64 sm artıb.

Bu proses gecə ərzində davam edecək. Sabah Kürün yuxarı axarında yüksək sululuq müşahidə olunacaq. Dasqın istidən olunmur.


Geri dön