Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ukraynanın iki şəhərini atəşə tutub, ölən və yaralananlar var

Rusiya Ukraynanın iki şəhərini atəşə tutub, ölən və yaralananlar var


27-06-2022, 20:20. Yazar: Admin

Rusiya hərbçiləri Ukraynanın Xarkov və Kremençuk şəhərlərini atəşə tutub.

Bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir. Məlumata görə, Xarkovun atəşə tutulması nəticəsində 3 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Yaralılar arasında uşaqlar da var. Bu rəqəmlərin ilkin məlumat olduğu deyilir.

Rusiya hərbçilərinin həmçinin Kremençuk şəhərində mindən çox insanın olduğu ticarət mərkəzinə raket zərbəsi nəticəsində onlarla insan yaralanıb.

Hücum yanğınla nəticələnib. Yanğının sahəsi 10 min 300 kvadratmetrdir. Onun söndürülməsinə 115 yanğınsöndürən və 20 texnika cəlb olunub.


Geri dön