Ana Sayfa > Karusel / Gündəm > Gürcüstan Avropa İttifaqından son şans İSTƏYİR
Gürcüstan Avropa İttifaqından son şans İSTƏYİR27-06-2022, 16:17. Yazar: Admin |
Ötən günlərdə Avropa İttifaqının (Aİ) sammitində Ukrayna və Moldovanı sevindirən, Gürcüstanda isə məyusluq doğuran qərar qəbul edilib. Belə ki, Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusu verilib. Gürcüstana gəlincə, bu ölkədə hələ islahatların aparılmalı olduğunu bəyan edən Aİ rəhbərliyi statusun verilməsindən imtina edib. Rəsmi Tbilisiyə imtina cavabının verilməsi səbəbləri haqda müxtəlif iddialar səsləndirilir. Hətta burada Rusiya amili də istisna edilmir. Qlobal Jurnalistlər Birliyinin (GJC) Gürcüstan təmsilçisi, “News Day Georgiya” Media Agentliyinin rəhbəri Avtandil Otinaşvili bildirib ki, Avropa İttifaqından üzvlük almaq üçün Gürcüstan daxildə siyasi cəhətdən birləşməlidir: "Gürcüstanın istəkləri Ukrayna və Moldova ilə eynidir. Hətta deyə bilərik ki, potensialları da bərabərdir. Amma uğur qazanmaq üçün ölkə siyasi cəhətdən birləşməlidir. Buna görə Gürcüstan struktur islahatlarına getməlidir və Avropa Birliyinə doğru aydın yol hazırlamalıdır. Müvafiq islahatlar aparılmalıdır. Vətəndaş cəmiyyətində geniş siyasi dəstək olmalıdır". "Biz Avropa Şurasına tövsiyə edirik ki, Gürcüstana Avropa perspektivi versin və status verməzdən əvvəl ölkənin lazımi şərtlərə necə cavab verdiyini qiymətləndirsin. Ukrayna, Moldova və Gürcüstanın nə qədər irəli gedəcəyi ilk növbədə onların tərəqqisindən asılıdır. Ona görə də Gürcüstana da bir şans verilməlidir", - deyə Avtandil Otinaşvili vurğulayıb. (modern.az) Geri dön |