Ana Sayfa > Karusel / Siyasət > Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək
Növbəti üçtərəfli görüş bu ölkədə keçiriləcək27-06-2022, 11:33. Yazar: Admin |
Azərbaycan, Türkiyə, Qazaxıstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin növbəti görüş yeri məlum olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşünə dair mətbuat konfransında danışıb.
XİN başçısı bildirib ki, nəqliyyat sahəsi üzrə növbəti görüş Qazaxıstanda keçiriləcək: "Müzakirələrimiz nəticəsində nəqliyyat sahəsində işçi qrupunun yaradılması və digər iclasın Qazaxıstanda keçirilməsi dəqiqləşdirildi. İclasın zamanı yaxın vaxtlarda bəlli olacaq".
Qeyd edək ki, iyunun 27-də Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varanklı, Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı naziri Kairbek Uskenbayev iştirak edib Geri dön |