
“Son dövrdə çarter reysləri ilə ölkəyə gələn həmvətənlərimizin analizlərindən əldə etdiyimiz nəticə göstərir ki, onların arasında koronavirusa yoluxma 20 faiz təşkil edir”.
Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, xaricdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam edəcək: “Onların karantin müəssisələrinə yerləşdirilməsi təmin ediləcək. Ona görə də vətəndaşlarımız bu mövzuya xüsusi həssas yanaşmalıdırlar”.
Geri dön
|