Ana Sayfa > Karusel / Gündəm > General-polkovnik: “Azərbaycanda Türkiyə Müdafiə Sənayesi Başqanlığı birgə müəssisələrə imkanlar açır"

General-polkovnik: “Azərbaycanda Türkiyə Müdafiə Sənayesi Başqanlığı birgə müəssisələrə imkanlar açır"


25-06-2022, 19:30. Yazar: Admin

Azərbaycan və Türkiyə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu təsdiq edildi » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“Azərbaycanda Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) müşavirliyi isə qarşıya yeni vəzifələr qoyur və ən əsası, yaxın zamanlarda birgə istehsal müəssisələrinin də yaradılması üçün geniş imkanlar açır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

“Təbii ki, ölkələrimiz arasında mövcud olan hərbi-strateji əməkdaşlığın bazasında hərbi-texniki əməkdaşlıq da dayanır. Qarşılıqlı səfərlər zamanı tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edir və hərbi sənaye sahəsində maraq doğuran məsələlər ətrafında geniş fikir mübadilələri aparılır, qərarlar verilir. Yeni silahların, zenit-raket komplekslərinin, müxtəlif iriçaplı və başqa silahların alınması, onların tətbiqi və s. ətrafında hərbi-texniki əməkdaşlıq səviyyəsi müəyyən olunur”, - Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.


Geri dön