Ana Sayfa > Karusel / Gündəm > Yardımlıda bir tondan artıq narkotik tərkibli bitki məhv edilib

Yardımlıda bir tondan artıq narkotik tərkibli bitki məhv edilib


25-06-2022, 13:38. Yazar: Admin
Yardımlıda bir tondan artıq narkotik tərkibli bitki məhv edilib
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
 
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, ümumi çəkisi 1 ton 282 kiloqram olan 8756 ədəd xaş-xaş bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 


Geri dön