Ana Sayfa > Karusel / Kriminal > Göygöldə 31 yaşlı kişi aliment borcuna görə keçmiş qayınatasını bıçaqladı - CƏZA

Göygöldə 31 yaşlı kişi aliment borcuna görə keçmiş qayınatasını bıçaqladı - CƏZA


25-06-2022, 12:26. Yazar: Admin

Gəncə Ağır Cinayətlər Məhkəməsində Göygöldə keçmiş qayınatasını bıçaqlamaqda təqsirləndirilən Səxavət Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunub.

 

Qeyd: Hadisə 2021-ci il dekabrın 5-i saat 18 radələrində Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yerləşən “Rəvan market”in yaxınlığında qeydə alınıb.

 

Belə ki, Rəsul Məsimovla keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü S.Cəfərov arasında mübahisə düşüb. Nəticədə S.Cəfərov keçmiş qayınatasını bıçaqlayıb.

 

Faktla bağlı Göyügöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

 

İttihama görə, hadisəyə səbəb aliment ödənişi ilə əlaqədar olub.

 

Belə ki, S.Cəfərovun keçmiş həyat yoldaşı onu aliment ödənişinə görə məhkəməyə verib. O, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə çağırılmasına və keçmiş arvadının məhkəməyə getməsinə etirazını bildirib. Mübahisə də bunun üstündə olub. Nəticədə S.Cəfərov keçmiş qayıntasını bıçaqlayıb.

 


Geri dön