Ana Sayfa > Karusel / Gündəm > “12 milyondan çox ukraynalı didərgin salınıb” - BMT

“12 milyondan çox ukraynalı didərgin salınıb” - BMT


25-06-2022, 00:35. Yazar: Admin

“12 milyondan çox ukraynalı didərgin salınıb”

“Bu gün Rusiyanın Ukraynaya təcavüzündən dörd ay keçir. BMT-nin Ukrayna böhranı üzrə koordinatoru Amin Avad müharibənin 12 milyondan çox ukraynalını didərgin saldığını və daimi həll yolunun tapılmasının vacibliyini söyləyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik mətbuat konfransında Ukraynadakı son humanitar vəziyyətlə bağlı danışan zaman deyib.

“Biz Ukraynanın şərq bölgələrində təcili yardıma ehtiyacı olan mülki şəxslərə humanitar yardımın çatdırılması üçün çağırışları davam etdiririk”, - deyə Düjarrik əlavə edib. `


Geri dön