Ana Sayfa > Karusel / Hadisə > FHN Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışına təlim keçmiş itləri cəlb edib

FHN Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışına təlim keçmiş itləri cəlb edib


24-06-2022, 16:43. Yazar: Admin

FHN Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışına təlim keçmiş itləri cəlb edib

Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.


Geri dön