Ana Sayfa > Karusel / Gündəm > Bu şirkət "Azərsun"a yanğın zamanı dəyən ziyanı ödəyəcək

Bu şirkət "Azərsun"a yanğın zamanı dəyən ziyanı ödəyəcək


24-06-2022, 15:09. Yazar: Admin
"Azərsun Holdinq" MMC bu ilin aprel ayında Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı”nda baş vermiş yanğına görə daşınar və daşınmaz əmlakına dəymiş ziyanı Almaniyanın "Hellman&Friedman" təkrarsığorta şirkəti ödəyəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda iştirak edən holdinqin baş icraçı direktoru Savaş Uzan bildirib.

S.Uzan yanğına görə sığorta ödənişi üçün müraciət etdiklərini bildirib:

“Bu işlər bir az vaxt alır, öncə rəsmi hesabatların açıqlanması lazımdır. Hazırda nəticələri, təzminatın ödəniləcəyini gözləyirik”.


Geri dön