Ana Sayfa > Karusel / Region > Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”
Qaribaşvili: “Ukrayna və Moldova namizəd statusunu həvəsləndirici hədiyyə kimi alıb”24-06-2022, 14:58. Yazar: Admin |
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”. Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili brifinqdə deyib. O, hər iki ölkəni namizəd statusu alması münasibətilə bir daha təbrik edib: “Ukrayna və Moldovaya uğurlar, hər iki xalqa tərəqqi və sülh arzulayıram. Ukrayna ən ağır müharibə şəraitindədir, Moldova da çətin vəziyyətdədir. Biz onlara paxıllıq etmirik. Əksinə, onları bir daha təbrik etmək və uğurlar arzulamaq istəyirəm”. Baş nazir bildirib ki, Gürcüstan hökuməti namizəd statusunu tez bir zamanda əldə etmək üçün Aİ-nin müəyyən etdiyi bütün şərtləri vaxtında yerinə yetirmək üçün səfərbər olunub. Onun sözlərinə görə, Gürcüstanın Avropa perspektivi layiqincə qiymətləndirilib: “Hazırda Gürcüstanın bütün şərtləri ən qısa müddətdə yerinə yetirməsi üçün əlavə motivasiyası var”. Geri dön |