Ana Sayfa > Karusel / Region > Rusiya ilə Azərbaycan arasında media sahəsi üzrə məsləhətləşmələr keçiriləcək

Rusiya ilə Azərbaycan arasında media sahəsi üzrə məsləhətləşmələr keçiriləcək


24-06-2022, 14:19. Yazar: Admin

Rusiya ilə Azərbaycan arasında media sahəsi üzrə məsləhətləşmələr keçiriləcək

Kütləvi informasiya vasitələri ilə bağlı mövzunu Azərbaycan Prezidenti ilə də müzakirə etdik.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu və ya digər tərəfin qəbul etdiyi qərarın səbəbləri barədə anlayışımız var. Tərəflərin gətirdiyi nümunələri bilirik. Bizim ümumi anlayışımız var ki, bir-birimizin qanunlarına hörmət əsasında və bu qanunlara söykənən informasiyanın azadlığı prinsipi əsasında biz hər iki ölkənin aparıcı KİV rəhbərlərinin xüsusi tədbirlər silsiləsinin keçirəcəyik, açıq şəkildə bir-birimizin ərazisində hadisələri necə işıqlandırdığımız barədə açıq danışacağıq. Razılaşmışıq ki, bu məsləhətləşmələri Xarici İşlər Nazirliyinin himayəsi altında təşkil edəcəyik”, - Rusiya XİN başçısı qeyd edib.


Geri dön