Ana Sayfa > Karusel / Gündəm > FHN-in amfibiya təyyarəsi Türkiyədəki yanğınlarla mübarizədə - Video

FHN-in amfibiya təyyarəsi Türkiyədəki yanğınlarla mübarizədə - Video


24-06-2022, 11:59. Yazar: Admin

FHN-in amfibiya təyyarəsi Türkiyədəki yanğınlarla mübarizədə

Türkiyədəki meşə yanğınlarına kömək məqsədilə Azərbaycanın göndərdiyi amfibiya təyyarəsi fəaliyyətə başlayıb.

Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

Bu gün səhər saatlarından etibarən isə təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.


Geri dön