Ana Sayfa > Karusel / Gündəm > Xəbər portalının rəhbəri 123 min manatlıq dələduzluq edib
Xəbər portalının rəhbəri 123 min manatlıq dələduzluq edib23-06-2022, 16:37. Yazar: Admin |
Dələduzluqda ittiham olunan jurnalist Etibar Əliyevin (Etibar Toğrul) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttihamda göstərilib ki, Etibar Əliyev zərərçəkmiş şəxslərə özünü Qarabağ Dirçəliş Fondunda səlahiyyətli şəxs kimi təqdim edərək onlardan külli miqdarda pul alıb. Zərərçəkmiş şəxslər istintaqdakı ifadələrində bildiriblər ki, ittiham olunan şəxs vəd verib ki, onların işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti işlərində iştirakına kömək edəcək. O, zərərçəkmiş şəxslərdən ümumilikdə 123 min manat pul alıb. Əliyev Toğrul barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Etibar Toğrul kimi tanınan jurnalist "Xəbər var" qəzetində baş redaktor, "Vetenperverler.az" saytında redaktor kimi fəaliyyət göstərib. O, "XeberBiz.com" və "TehsilXeber.com" xəbər portalının rəhbəridir. Geri dön |