Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Bu barədə Qarabaginfo.az-a "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, buna magistral su xəttində baş vermiş qəza səbəb olub.
"Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda qeyd olunub