Ana Sayfa > Karusel / Siyasət > Çavuşoğlu İsveç və Finlandiya ilə Brüssel danışıqlarının nəticəsini açıqlayıb
Çavuşoğlu İsveç və Finlandiya ilə Brüssel danışıqlarının nəticəsini açıqlayıb23-06-2022, 12:24. Yazar: Admin |
Brüsseldə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı keçirdiyimiz görüşün nəticəsində həm razılıq, həm də fikir ayrılığı var. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı ilə birgə mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, Türkiyənin tələbləri açıq və aydındır: “Bu iki ölkə müttəfiq olmaq istəyirsə, NATO-nun bütün üzv ölkələrinin təhlükəsizliyinin qarşılanmalı olduğunu anlamalıdır”. Nazir, NATO-nun Madriddə baş tutacaq Sammitində terrorla mübarizənin müzakirə olunacağını da deyib. Geri dön |