Ana Sayfa > Karusel / Gündəm > Atəşkəsdən sonra mina partlayışında zərərçəkənlərin sayı açıqlanıb

Atəşkəsdən sonra mina partlayışında zərərçəkənlərin sayı açıqlanıb


23-06-2022, 12:20. Yazar: Admin

Azərbaycan ordusunun əsgəri minaya düşüb

2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan indiyədək mina partlayışda zərərçəkənlərin sayı açıqlanıb.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov məlumat verib.

O bildirib ki, atəşkəsdən indiyədək mina partlayışları nəticəsində 225 nəfər zərər çəkib. Onlardan 39 nəfər ölüb, 186 nəfər xəsarət alıb.


Geri dön