Ana Sayfa > Karusel / Siyasət > Lavrov bu gün Azərbaycana gəlir
Lavrov bu gün Azərbaycana gəlir23-06-2022, 10:15. Yazar: Admin |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.
Qarabaginfo.az-ın məlumatına görə, nazirin Bakıya səfəri iki gün davam edəcək.
Lavrov səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək.
Rusiya XİN-dən bildirilib ki, görüşlərdə 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq. Geri dön |