Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Araxamia Gürcüstanın baş nazirini yalan məlumat yaymaqda ittiham edib
Araxamia Gürcüstanın baş nazirini yalan məlumat yaymaqda ittiham edib22-06-2022, 23:52. Yazar: Admin |
Gürcüstanda “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia baş naziri İrakli Qaribaşvilini saxta məlumatlar yaymaqda ittiham edib. Qarabagifo.az xəbər verir ki, bu barədə o “Telegram” kanalında Araxami Gürcüstanın Baş nazirinin bu ölkənin Avropa İttifaqına üzvlüyə mane olması ilə bağlı ittihamlarına cavab verib.
“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri bildirib ki, Ukrayna hakimiyyəti Gürcüstanın Avropa İttifaqına üzv olmasına mümkün qədər kömək edəcək. “Gürcüstan hökumətinin, xüsusən də baş nazirin sadəcə bir oliqarxın tapşırığı ilə yalan məlumatlar yaymasına fikir verməyin", - deyə Araxamiya bildirib. O, Gürcüstan xalqının Ukraynanı dəstəklədiyini vurğulayıb. Geri dön |