Ana Sayfa > Karusel / Gündəm > Teymur Rəcəbovdan heç-heçə
Teymur Rəcəbovdan heç-heçə22-06-2022, 22:19. Yazar: Admin |
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində beşinci turun oyunları keçirilir. Qarabaginfo.az xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinq ilə mübarizə aparıb. Şahmatçımızın növbəti qarşılaşması heç-heçə ilə başa çatıb. Qeyd edək ki, T.Rəcəbovun bundan əvvəlki turların 3-də görüşləri heç-heçə ilə başa çatıb, 1 oyunda isə məğlub olub. Hazırda şahmatçımızın aktivində 2 xal var. Xatırladaq ki, iddiaçılar turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Geri dön |