Ana Sayfa > Karusel / Gündəm > Zelenski NATO sammitində videobağlantı vasitəsilə iştirak edəcək

Zelenski NATO sammitində videobağlantı vasitəsilə iştirak edəcək


22-06-2022, 21:21. Yazar: Admin

Ukrayna Prezidenti Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Madriddə keçiriləcək sammitində videobağlantı vasitəsilə iştirak edəcək.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü İspaniyanın xarici işlər naziri Xose Manuel Albares mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sammitdə Ukraynaya xüsusi sessiya həsr olunacaq.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin Madriddə keçiriləcək NATO sammitinə dəvət edildiyini bildirmişdi.

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclas iyunun 28-30-da İspaniyanın paytaxtında baş tutacaq.

İştirakçılar Alyansın yeni strateji konsepsiyasını qəbul edəcək.


Geri dön