Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Sosial > Polad Həşimovun anasından Sahil Babayev haqda sərt sözlər
Polad Həşimovun anasından Sahil Babayev haqda sərt sözlər22-06-2022, 17:24. Yazar: Admin |
Qarabaginfo.az bunu Yeni Sabah-a açıqlamasında Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. Hər zaman haqqı dediyini bildirən S.Həşimova hər kəlməsinin əvvəlində və sonunda Allah olduğunu vurğulayıb: “Heç kəs dəli deyil ki, haranınsa qapısını dayandığı yerdə qırsın. Necə olur ki, qazi gedib vuruşanda ağıllı idi, indi haqqını tələb edəndə dəli olur? Artıq iki ildən çoxdur. Mən danışıb-dinmirəmsə, o demək deyil ki, hər şey yaxşıdır. Azərbaycanın bir generalı ölüb, Sahil Babayev mənim, şəhid ailələrinin qapısına piyada gəlməli idi. Gecə, gündüz fərq etməz, bir dəfə gəlməli idi”. Geri dön |