Ana Sayfa > Karusel / Gündəm > Qarabağda elektrik doldurma məntəqələri quraşdırılacaq
Qarabağda elektrik doldurma məntəqələri quraşdırılacaq22-06-2022, 16:43. Yazar: Admin |
Azad edilmiş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri quraşdırılacaq. Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi “Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SOCAR, Azərenerji ASC, Azərişıq ASC ilə birlikdə 2022-2026-cı illərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsini təmin etməlidir.
Geri dön |