Ana Sayfa > Karusel / Gündəm > İspaniya Olimpiadadan imtina etdi

İspaniya Olimpiadadan imtina etdi


22-06-2022, 16:06. Yazar: Admin

İspaniya Olimpiadadan imtina etdi

 


İspaniya 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyi etmə müraciətini rədd edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İspaniya Milli Olimpiya Komitəsi məlumat yayıb.

İspaniya Milli Olimpiya Komitəsi ölkə rəhbərliyi ilə fikir ayrılığına görə Oyunların keçirilməsindən imtina edib. Mübahisənin əsas səbəbi MOK-un rəhbərliyinin regional yarışların bölüşdürülməsi ilə bağlı qərar verə bilməməsi olub.

İspaniya Milli Olimpiya Komitəsi isə Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün növbəti cəhdə ümid edir.

Qeyd edək ki, 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi yer 2023-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin növbəti iclasında qərara alınacaq.


Geri dön