Ana Sayfa > Karusel / Region > Tərtərdə qonşu qonşunu qətlə yetirib

Tərtərdə qonşu qonşunu qətlə yetirib


9-05-2020, 12:33. Yazar: Admin

Tərtərdə qonşu qonşunu qətlə yetirib - YENİLƏNİB

Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb.

"Qarabaginfo"nun məlumatına görə, ötən gün səhər saatlarında Heydər Əliyev prospektində yaşayan, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun küçədə meyiti tapılıb.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, araşdırmalar zamanı X. Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Geri dön