Ana Sayfa > Karusel / Gündəm > Əli Həsənovun səhhətində problem: Dişləri töküldü

Əli Həsənovun səhhətində problem: Dişləri töküldü


22-06-2022, 11:12. Yazar: Admin

Əli Həsənovun səhhətində problem: Dişləri töküldü

Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun səhhətində problem yaranıb. Keçmiş məmur kəskin diş ağrılarından əziyyət çəkir.

Qarabaginfo.az xəbər verir ki, Ə.Həsənovun yaxınlarının "Yeni Sabah"a verdiyi məlumata görə, hazırda o, Bakıdakı özəl klinikaların birində dişlərini müalicə etdirir. Mənbə Əli Həsənovun bir neçə dişinin kəskin stressdən töküldüyünü bildirib.

Qohumu sabiq köməkçinin bir müddət əvvəl insult keçirdiyilə bağlı yayılan xəbərləri də təkzib edib. Onun sözlərinə görə, Əli Həsənovun ağzının əyilməsiylə bağlı xəbərlər həqiqəti əks etdirmir. 

Məlumatlı şəxs deyib ki, Həsənov kənar şəxslərlə bütün əlaqələri kəsib. O, hətta ən yaxın dostlarının xeyir-şər məclislərinə qatılmaqdan da imtina edib. 


Geri dön