Ana Sayfa > Karusel / Gündəm > BDU-nun tələbəsi dənizdə batıb

BDU-nun tələbəsi dənizdə batıb


22-06-2022, 10:59. Yazar: Admin

Səfər Niftaliyev

 

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Universitetdən  verilən xəbərə görə, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib:

"O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub. Tələbəmizin vaxtsız vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk".

Allah rəhmət eləsin!


Geri dön