Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Yevlaxda ata və oğlu narkotik becərirmiş
Ana Sayfa > Karusel / Gündəm > Yevlaxda ata və oğlu narkotik becərirmiş

Yevlaxda ata və oğlu narkotik becərirmiş


22-06-2022, 10:16. Yazar: Admin

 

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ata və oğul saxlanılıblar.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraoğlan kənd sakinləri Babaş Kərimov və oğlu Səxavət tutulublar.

Onların evinin həyətyanı və pay torpaq sahələrinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib. B.Kərimova məxsus 201 ədəd və oğlu Səxavətə məxsus 37 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

 


Geri dön