Ana Sayfa > Karusel / Dünya > Əfqanıstanda güclü zəlzələ olub, 255 nəfər ölüb

Əfqanıstanda güclü zəlzələ olub, 255 nəfər ölüb


22-06-2022, 09:46. Yazar: Admin

Zaqatalada 4 bal gücündə zəlzələ olub, ətraf rayonlarda 3 bala qədər hiss edilib - YENİLƏNİB

Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

Qarabaginfo.az Qətərin “Al Jazeera” televiziyasına istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.(Report)


Geri dön