Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Özbəkistanla hərbi saziş İMZALADI

Azərbaycan Özbəkistanla hərbi saziş İMZALADI


21-06-2022, 17:46. Yazar: Admin

Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

 

Qarabaginfo.az xəbər verir ki, sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.

 

Bundan başqa, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkəndə dövlət səfərindədir. Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.


Geri dön