Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda ötən gün karantin rejimini pozan 739 sürücü cərimələnib

Azərbaycanda ötən gün karantin rejimini pozan 739 sürücü cərimələnib


9-05-2020, 11:29. Yazar: Admin

Ötən gün respublika yollarında karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən "Qarabaginfo"-ya verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 08.05.2020-ci il saat 00:00-dan 09.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 739 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Apa.az
Azərbaycanda ötən gün karantin rejimini pozan 739 sürücü cərimələnib


Geri dön