Ana Sayfa > Karusel / Kriminal > Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb21-06-2022, 16:54. Yazar: Admin |
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb. Qarabaginfo.az xəbər verir ki, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyib. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək. Qeyd edək ki, ilk xəbəri qaynarinfo.az saytı yayıb. Geri dön |