Ana Sayfa > Karusel / Dünya > Kreml Cənubi Osetiya ilə Rusiyanın birləşməsini hüquqi kazus adlandırıb
Kreml Cənubi Osetiya ilə Rusiyanın birləşməsini hüquqi kazus adlandırıb21-06-2022, 15:23. Yazar: Admin |
Cənubi Osetiyanın Rusiya ilə birləşdirilməsi məsələsinin gündəmə gətirilməsi hələ də həll edilməli olan hüquqi kazusdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Biz dedik ki, orada "birləşmə haqqında" məsələ qaldırılıb, məsələ belə formalaşdırılıb. Burada bir növ hüquqi kazus var. Yəni ki, Rusiya kimləsə birləşə bilməz. Buna görə də həmkarlarımız özləri bunu həll edib, müəyyən etməlidirlər”, - Kremlin sözçüsü qeyd edib. Qeyd edək ki, Gürcüstanın separatçı bölgəsi olan Cənubi Osetiya rəhbərliyi Rusiyanın tərkibinə daxil olmaq niyyətini açıqlayıb. Geri dön |