Ana Sayfa > Karusel / Region > Rusiyalı baş redaktor Nobel mükafatını satıb

Rusiyalı baş redaktor Nobel mükafatını satıb


21-06-2022, 10:05. Yazar: Admin

Nobel" mükafatı — Vikipediya

Rusiyada çıxan “Novaya qazeta”nın baş redaktoru, Nobel premiyası laureatı Dmitri Muradov mükafatın medalını hərracda 103,5 milyon dollara satıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

Məlumata görə, hərrac ABŞ-da “Heritage Auctions” ticarət evində keçirilib. Alıcının adı məlum deyil. Dmitri Muradov hərracdan əldə olunan maliyyə vəsaiti Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynadan didərgin düşən qaçqın uşaqlar üçün yardıma xərclənəcək. Hərrac iyunun 20-də Beynəlxalq qaçqınlar günündə keçirilib. Bildirilib ki, bu Nobel mükafatı tarixində ən baha satılan medaldır.

Rusiya Ukrayana hərbi müdaxilə edəndən sonra bu ilin martında Dmitri Muradov “Novaya qazeta”nın sayt, sosial şəbəkə və kağız şəklində buraxlışının dayandırdığını elan etmişdi. O, müharibə bitdikdən sonra nəşr olunacaqlarını bildirmişdi. Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) qəzetin işini davam etdirə bilməsinin mümkün olmayacağı ilə bağlı xəbərdarlığında sonra qəzet bu qərarı qəbul edib.

Qeyd edək ki, 60 yaşlı Dmitri Muradov bu mükafata 2021-ci ildə layiq görülüb. O, “Novaya qazeta”nın qurucusu, 1995-2017 və 2019-cu ildən baş redaktorudur. Andrey Saxarov və Mixail Qorbaçovdan sonra bu mükafata layiq görülmüş üçüncü rusiyalıdır.


Geri dön