Ana Sayfa > Karusel / Region > Peskov: "Rusiya bir daha Qərbə heç vaxt etibar etməyəcək"

Peskov: "Rusiya bir daha Qərbə heç vaxt etibar etməyəcək"


21-06-2022, 07:13. Yazar: Admin

Dmitri Peskov

 

Rusiya bir daha Qərbə heç vaxt etibar etməyəcək.

Qarabaginfo.az xəbər verir ki, TASS-a istinadən verdiyi məlumata görə, bunu bazar ertəsi efirə gedən NBC telekanalına müsahibəsində Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Ukraynadakı vəziyyətlə bağlı böhran uzun sürəcək.

“Bəli, uzun bir böhran olacaq. Biz bir daha Qərbə heç vaxt etibar etməyəcəyik”, - deyə Peskov bildirib.

Müsahibəni aparan jurnalist Keir Simmons Peskovla söhbətin bir saatdan çox davam etdiyini deyib.

Telekanal müsahibənin tam versiyasının göstərilib-göstərilməyəcəyi haqqında məlumat verməyib.


Geri dön