Ana Sayfa > Karusel / Cəmiyyət > BDU-nun səs yazısı yayılan müəllimi işdən çıxarılıb

BDU-nun səs yazısı yayılan müəllimi işdən çıxarılıb


20-06-2022, 13:52. Yazar: Admin

Bakı Dövlət Universiteti

 

Bakı Dövlət Universiteti səs yazısı yayılan müəllimlə bağlı açıqlama yayıb.

Universitetdən Qarabaginfo.az-a verilən xəbərə görə, səs yazısı yayılan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Sədaqət Əhmədovanın tələbələrdən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. Belə ki, müəllimin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib. Müəllim səs yazısında deyib ki, imtahandan kəsilən zaman tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.


Geri dön