Ana Sayfa > Karusel / Gündəm > 791 mln. manat pensiya vəsaitinin mənimsənilməsinin qarşısı alınıb
791 mln. manat pensiya vəsaitinin mənimsənilməsinin qarşısı alınıb20-06-2022, 12:34. Yazar: Admin |
“Pensiya sistemində aparılan sağlamlaşdırma tədbirləri, habelə məhkəmə qərarlarına nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış vəsaitin həcmi indeksasiya standartları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilərsə, 791 milyon manat təşkil edir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. O bildirib ki, 1 iyun 2022-ci il tarixli operativ məlumatlara əsasən, pensiyaların orta aylıq məbləği təqribən 364 manat təşkil edir: “Bu da ilin əvvəli ilə müqayisədə 10 %, keçən ilin analoji dövrü ilə müqayisədə isə təqribən 11 % artım deməkdir”. Nazir müavini bildirib ki, İşsizlikdən Sığorta Fondunun ümumi gəlirlərinin 79 %-i məhz işsizlikdən sığorta olunanlar hesabına formalaşır: “Cari ildə məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması əsas prioritetlərdən biri olacaq. Ölkənin elektron məşğulluq xəritəsi, elektron əmək birjası, məşğul şəxslərin ölkə üzrə reyesteri və s. işlər tamamlanacaq. Elektron xidmətlər ölkənin bütün insan resurslarını tamamilə elektron müstəviyə keçidini, inzibati rayonlar üzrə məşğulluğunu təmin edəcək. Məşğulluq tədbirlərinin əhəmiyyətli hissəsi Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin sosial-iqtisadi inkişafına, bu bölgələrə geri dönəcək həmvətənlərimizin layiqli məşğulluğunun təmin edilməsinə yönəldiləcək”. Geri dön |