Ana Sayfa > Karusel / Siyasət > SSRİ-ni dağıdan adamın Bakıda müəmmalı ölümü - FOTOLAR
SSRİ-ni dağıdan adamın Bakıda müəmmalı ölümü - FOTOLAR20-06-2022, 12:14. Yazar: Admin |
Dünən günorta saatlarında Rusiyanın keçmiş dövlət katibi, Baş nazirin sabiq birinci müavini 76 yaşlı Gennadi Burbulis Bakıda vəfat edib. Yerli KİV-də yer alan məlumata görə, Burbulis paytaxtda otellərdən birində ölmüş vəziyyətdə tapılıb.
Burbulisin beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəldiyi deyilir. Onun ölüm səbəbi hələlik mətbuata açıqlanmayıb. Bundan öncə sağlıq durumunda ciddi problemin olmadığı bildirilir. Qarabaginfo.az modern.az-a istinadən xəbər verir ki, Burbulisin siyasi karyerasının zirvəsi Sovet İttifaqının dağılmasını qanuni şəkildə rəsmiləşdirən Belovejskaya sazişinin imzalanması olub. O, 300 milyona yaxın insanın həyatını əbədi dəyişdirən sənədin hazırlanmasında iştirak edən əsas fiqurlardan biri kimi tarixə adını yazdırıb.
Mərhum dövlət xadimi 4 avqust 1945-ci ildə sənaye şəhəri olan Pervouralskda anadan olub. Bu ərazilərə onun babası 1915-ci ildə Litvadan köçüb.
İlk vaxtlarda Gennadi Burbulis boru zavodunda mexanik olaraq işləyib, raket qoşunlarında xidmət edib, sonra Ural Universitetinin fəlsəfə fakültəsini bitirib. 1973-1989-cu illərdə yerli universitetlərdə fəlsəfədən dərs deyib.
1987-ci ilin may ayında "Debat tribunası" adlı şəhər klubunu yaradıb. Həmin kluba alimlər, müəllimlər, jurnalistlər cəmləşib. Bu klub həmin vaxt siyasətin təhlili ilə məşğul olurdu. Gennadi Burbulis klubun fəaliyyəti dövründə məşhurluq qazanaraq, öndə gedən siyasətçilərdən biri olmağı bacardı. Nəticədə 1989-cu ildə SSRİ xalq deputatı seçildi.
Moskvada Burbulis ilk dəfə məşhur həmyerlisi Boris Yeltsinlə 5 mart 1989-cu il tarixində görüşüb. Bununla da onun kariyerasında yeni bir səhifə açılıb.
Yeltsin Burbulisin siyasi potensialını və gələcəyini qiymətləndirərək onu qərargah rəisi, beyin mərkəzinin rəhbəri, komanda qurucusu olaraq yetişdirirdi. O dövrdə Qorbaçovdan ayrılan Yeltsin yanına ziyalıları toplamağa başladı.
1991-ci il prezident seçkilərindən sonra Burbulisə administrasiya rəhbəri vəzifəsi təklif edilsə də, o, “24 saat fayl kabineti ilə işləmək” istəmədiyini bildirib. Burbulis 19 iyul 1991-ci il tarixli fərmana əsasən ölkənin idarəçiliyində və xarici siyasətin tənzimlənməsində çox böyük məsuliyyətə sahib idi.
Həmin il Dövlət Şurası yaradıldı. Bura Yeltsin özü rəhbərlik edirdi, Burbulis isə katib təyin edilmişdi.
O, bu vəzifəni tutan yeganə şəxs olub. Burbulis sonralar Yeltsinin rəğbətini itirib. O, parlament, nazirlər və prezidentin ətrafı ilə konflikt yaşayıb. 1992-ci ilin qışında hökumət istefa verəndən sonra Burbulis vəzifəsini itirmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Gennadi Burbulis iki dəfə Dövlət Dumasına deputat seçilib. 2001-2007-ci illərdə Federasiya Şurasında Novqorod vilayətini təmsil edib. Sonra yuxarı palata spikeri Sergey Mironovun, ardınca Valentina Matvienkonun müşaviri işləyib.
O, bundan sonra gözdən itərək, siyasi proseslərdən kənarda qalıb. Rusiya mətbuatında da son illər ərzində Burbulislə bağlı yeni məlumatlara rast gəlinməyib. Yalnız 2017-ci ilin sentyabrında Ukrayna televiziyasına müsahibəsində o, Rusiyanın Krımı ilhaqını sərt şəkildə tənqid edib.
Keçmiş diplomat, boş vaxtlarını səmərəli keçirməyə çalışırdı. Çərşənbə axşamları Burbulis nazirləri çay və sendviç üçün toplayır, bazar günləri isə onlarla futbol oynayırdı. Yaxınlarının bildirdiyinə görə, o, səhhətinin pisləşməsi ilə bağlı şikayət etməyib, ən azından bu barədə heç kimə danışmayıb. Burbulisin Bakıda otel otağında hansı səbəbdən ölməsi müəmmalı olaraq qalır. Geri dön |