Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Avropa İttifaqının XİN başçıları toplaşır
Ana Sayfa > Karusel / Gündəm > Avropa İttifaqının XİN başçıları toplaşır

Avropa İttifaqının XİN başçıları toplaşır


19-06-2022, 19:00. Yazar: Admin

Avropa İttifaqının xarici işlər nazirləri sabahkı görüşdə Ukrayna müharibəsinin ərzaq və enerji təhlükəsizliyinə təsirlərini müzakirə edəcəklər. Nazirlər Brüsseldə iyunun 23-24-də keçiriləcək Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsindən əvvəl bir araya gələcək.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin adı açıqlanmayan rəsmisi məlumat verib.

Böhrandan təsirlənəcək milyonlarla ton buğdanın ixracı üçün Belarus da daxil olmaqla müxtəlif variantların qiymətləndirildiyini bildirən mənbə ən ideal variantın Qara dəniz olduğunu bildirib.

Aİ rəsmisi toplantıda Körfəz ölkələri ilə enerji təhlükəsizliyi baxımından mövcud müsbət münasibətlərin müzakirə ediləcəyini söyləyib.


Geri dön